» » Mahir Əmrəli “Trabzonspor”un hədəfində


Son günlər adı İspaniya klubları ilə yanaşı çəkilən "Qarabağ”ın futbolçusu Mahir Emreli ilə bağlı daha bir iddia ortaya atılıb.

22 yaşlı futbolçu Türkiyə Super Liqasında mübarizə aparan "Trabzonspor”un transfer hədəfindədir.




starxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəbərdə Mahirin "Bakı” və "Qarabağ”da ümumilikdə 142 matç keçirdiyi və 37 qol, 12 məhsuldar ötürmə ilə yadda qaldığı vurğulanıb.

Türkiyəli jurnalistlər İspaniyadan Mahirlə "Deportivo”, "Malaqa” və "Almeriya” klublarının maraqlandığını yazıblar.