» » "Neftçi"dən əzmkar heç-heçə


Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilir.

starxeber.az qol.az-a istinadən xəbər verir ki, yeganə təmsiçimiz  "Neftçi" də bu gün növbəti matçına çıxıb. Roberto Bordinin komandası doğma meydanda İsrailin "Bney Yehuda" klubu ilə üz-üzə gəlib. Görüş 2:2 hesabı ilə başa çatıb. Qonaqlar matçın ilk hissəsində hesabda irəli çıxsa da, "ağ-qaralar" fasiləyə qədər fərqi azaldıb. 90+7-ci dəqiqədə isə Namiq Ələsgərov "Neftçi"nin bərabərlik qolunu vurub.


Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 15-də İsraildə olacaq. Bu mərhələni keçən tərəf, pley-offda "Malmö" - "Jirinski" cütünün qalibi ilə qarşılaşacaq.