» » “Tullanıb, uşaqlarıma sillə vururam, onları cəzalandırmaq lazımdır”


Müğənnilər Rahidə Baxışova və Rəvan Qarayev “Hər şey daxil” verilişində qonaq olublar.

Onlar uşaqlarını tərbiyə üsullarından danışıblar.

Rəvan Qarayev bildirib ki, 9 yaşlı uşağın fikri ilə razılaşmaq düzgün deyil.

Rahidə Baxışova isə uşaqlarını tərbiyə etmək üçün onları döydüyünü söyləyib:

“Bütün uşaqlar kimi valideynlərim mənə əl qaldırıb. Ata yumruğu görməmişəm, amma anamın oxlovu olub. Ondan icazəsiz saçlarımı kəsdirmişdim, məni taxta ilə o qədər döydü ki, stolun altında gizləndim. Hələ mən onu unutmuram. Belə şeyləri görüb, uşaqlarımı mənə nifrət etdirəcək dərəcədə döymürəm. O şeyləri görmüşəm.Uşağın üstünə qışqırıram da, lazım olanda vururam. Düzdür, böyükdülər deyə, boyum çatmır. Tullanıb, sillə vururam. Yaxşı ki, məni şikayət etmirlər, bizdə belə bir qayda qanun yoxdur. Uşaq səhv edəndə, onu cəzalandırmaq lazımdır”.




///axsam.az