» » Aytən Hidrometerologiya Depertamentini tənqid etdi


Aparıcı Aytən Səfərova Milli Hidrometeorologiya Departamentini tənqid edib.

O, Departamentin bugünkü hava şəraiti ilə bağlı proqnozunu İnstaqramda paylaşaraq bu sözləri yazıb:

“Yalansa... Bayaqdan şimşək, leysan buraları nə günə qoyub. İldırım transformatoru vurub, yüzlərlə ev, uşaq bağçaları, poliklinikalar işıqsız qalıb. “Əsasən yağmursuz” və ya “Bəzi yerlərdə yağış ehtimalı”dır bu?”.