» » Aparıcı Nanənin 50 yaşı var? -


Bu gün aparıcı Nanə Ağamalıyevanın doğum günüdür.

Aparıcı 50 yaşı tamam olması ilə bağlı gəzən söz-söhbətlərə münasibət bildirib.

"Saytlarda mənim təvəllüdümü 1969-cu il yazıblar. Mən o günlərdə hər zaman mənə mənəvi dəstək olan sənətkarımız Aybəniz Haşımovanın evində qonaq idim.

Ona deyirəm ki, xəbərin var mənim təvəllüdümü belə yazıblar. Dedi sən mənimlə yaşıdsan ki?! Aybəniz xanım, mən sizi hər zaman cavan və gözəl demişəm. Dedim niyə elə söyləyirsiniz ki?! Yaşımı kimsə ilə müqayisə etmirəm. Sadəcə olaraq, mənim təvəllüdümü yazan insanlara söyləmək istəyirəm ki, fərq etməz insan hansı yaşdadır. Mən 20 yaşlı elə gənclər tanıyıram ki, 50 yaşlı insan özünə o qədər hörmət qoymur, amma o 20 yaşlı qoyur. Fərq etməz neçə yaşım var. Bunlar mənə qətiyyən təsir etmir", - deyə aparıcı vurğulayıb.

///Open.Az