» » Hava ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ


Avqustun 11-də yenidən güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir, hava sərin keçəcək.

starxeber.az xəbər verir ki, bunu ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, havanın temperaturu iqlim normasından 2-4 dərəcə aşağıdır. Sabah - avqust ayının 10-da hava mülayim isti keçəcək, yağmursuz hava şəraiti gözlənilir, zəif cənub-şərq küləyi əsəcək. Bakıda temperatur 35 dərəcəyədək yüksələcək.

U.Tağıyeva qeyd edib ki, avqustun 11-də isə yenidən güclü şimal-qərb küləyi gözlənilir. Küləyin sürətinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək çatacağı proqnozlaşdırılır:

"Gözlənilən güclü küləklə əlaqədar əhaliyə diqqətli olmağı tövsiyə edirik. Avqustun 11-də hava sərin keçəcək, temperatur 27 dərəcəyə yaxın olacaq".