закрыть
Test

Test2

Falkaodan ilk dəfə “Qalatasaray” açıqlaması -  İstanbula gələcəyi tarix açıqlandı

İdman 10-avq, 13:219 11
"Qalatasaray"da oynamaq karyeramın hazırkı dönəmində həyəcanverici olar. Türkiyədə futbola böyük maraq var. Bu da futbolçuları motivasiya edən faktdır.

Starxeber.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qalatasaray"a transferi gümdəmdə olan "Monako"nun hücumçusu Radamel Falkao "FOX Sport"a açıqlamasında deyib.



Kolumbiyalı 33 yaşlı oyunçu bildirib ki, müqavilə imzalanmayana qədər transferi tamamlanmış saymaq olmaz: "Monako"da məşqlərdə iştirak etdiyimdən hadisələrdən kənar durmağa çalışdım. Ümid edirəm, transfer ən qısa zamanda həllini tapacaq".

"TRT Spor"un xəbərinə görə, Falkao avqustun 12-də İstanbula gedərək "Qalatasaray"la müqavilə imzalayacaq.
Oxşar xəbərlər

SON XƏBƏRLƏR