» » "Yaşasaydı, 26 yaşı tamam ola bilərdi..." - Hacı Nuran izləyicilərini kövrəltdi -


Teleaparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabındakı paylaşımı ilə izləyicilərini kövrəldib. 

O, zamanında xərçəng xəstəliyinin sağalması üçün yardım etdiyi, lakin dünyasını dəyişən Məhəmməd Şabanovun doğum gününü təbrik edib. 

Hacı Nuran paylaşımına bu sözləri yazıb:

"09.08.2018. Bu gün zamanında yardım etdiyimiz, xərçəng xəstəlikdən əziyyət çəkən Məhəmmədin (09.08.1993 - 23.09.2005) doğum günüdür. Yaşasaydı, 26 yaşı tamam ola bilərdi. Reyhan Qurbacova Allah oğlunu rəhmət eləsin. Allah səbr versin. P.S.: Məhəmmədin 2004-cü ildə yazdığı son məktubu..."


///Big.az