» » Nazpəri qardaşının onu zorladığını iddia etdiyi qızını İnterpola verdi


Xalq artisti Nazpəri Dostəliyeva qardaşı Ağalar Dostəliyevin qızı Pərvanənin onun haqda iddialarına cavab verib. 

starxeber.az Milli.Az-a istinadən xəbər verir ki, xanım sənətkar qardaşı qızının sosial şəbəkə hesabından onun barədə dediklərinə görə qanun qarşısında cavab verəcəyini bildirib.



"Hər şey daxil"in efirinə telefonla qoşulan Nazpəri Dostəliyeva Pərvanənin beynəlxalq axtarışa verildiyini qeyd edib:

"Mən qalmaqaldan qaçdıqca, qalmaqal gəlib məni tapır, heç bilmirəm hansı səbəbdən məni yaxalayır. Öndə gedən insanların hər zaman ayağından dartmaq istəyiblər. Yaxşı sənətkarları az qalırlar ki, boğsunlar, ümumiyyətlə bu səhnədən uzaqlaşsın. Rəhmətlik atamın sağlığından bu günə qədər bunların hamısını mən görmüşəm. 

Mən ümumiyyətlə bu məsələyə açıqlama gətirmək istəmirəm. Mən istəyirəm bu xalq bir şeyi bilsin! Haqsız olaraq bunu mənim çiynimə yükləyirlər, məsuliyyət daşımalıyam. Mən daşıyıram övladlarımın məsluliyyətin, mən daşıyıram çox insanların məsuliyyətin. Amma niyə? Məgər bir insan elə hər kəsin məsuliyyətini daşımalıdırmı? Oxuduğum Quranda, oxuduğum yasində Allahın qoyduğu bütün qanunları hər zaman həyata keçirmişəm öz şəxsiyyətimlə. Heç vaxt xalqa qarşı hörmətsizlik etməmişəm. Xalqa qarşı heç vaxt qüsurum olmayıb. Bu gün yeri gələndə mənim çiynimdə tanımadığım 5 ailə var ki, ataları dünyaların dəyişib, tək analarının ümidlərinə qalıblar, o ailələri saxlayıram. Əgər mən bunları etməsəm Allah mənim ruzimi verməz. Amma bu haqsızlıqları ki, mənim boynuma qoyurlar, bu Allahsızlıqları ki, mənim adıma yazırlar, böyük günah iş görürsünüz, mənim əzizlərim. Bu gün mənə, mənim ailəmə atılan o böhtanlara görə, biz onları vermişik interpola. Əcəb də etmişik. Kimlərsə gedib haradasa oturacaq və onların dediyi hər sözə inanıb, məni günahlandıracaqsınız? Bu bəzi cahil insanların ağzına niyə məni salıb belə edirsiniz? Gedib oturub başqa bir ölkədə, haradasa mənim adımı hallandırır. Mən bunu sübuta yetirəcəm, o qızın atdığı böhtan, yalanları". 

Qeyd edək ki, Pərvanə hesabından paylaşdığı videoda "Altı yaşım olanda atam Ağalar Dostəliyev mənə Zeynəb Dostəliyevanın mikrorayondakı evində təcavüz edib. Yalandan deyirəmsə, balam ölsün. İndiyəcən susmağımın səbəbi qorxmağım idi. Hazırda xaricdəyəm" ifadələrini işlədib.