» » Şou- biznesi şoka salan Gülruh: o, "metal gümüş"ə büründü -


"Eşit səsimi” mahnısı ilə ulduzu parlayan müğənni Gülruh Nəcəfova  yenidən səhnəyə qayıdır.

starxeber.az   saytına açıqlama verən ifaçı deyib ki, yeni mövsümdə tamaşaçılarını maraqlı sürprizlər gözləyir:

“Yeni mövsümün başlamasına 1 ay qalıb. Mən də artıq iş başındayam. Yeni mahnılar yazdırıram. Maraqlı fotosessiya etdirmişəm. Ətraflı yaxın günlərədə danışacağam. Əvvəldən demək mənə düşmür. Bir onu deyə bilərəm ki, tamaşaçılarımı fərqli işlər gözləyir”.

Gülruh Nəcəfova söhbət əsnasında  yeni fotosessiya etdirdiyini də bildirib.

G.Nəcəfovanın saç düzümü üzərində "Saniko" ləqəbi ilə məşhurlaşan stilist  Sənan çalışıb. Fotoların müəllifi isə Səbuhi İmansoy,  geyimin  ideya müəllifi, dizayneri sənətçi özüdür.