» » 16 yaşlı oğlan atasını güllələdi


Türkiyənin Kırşehir vilayətinin Çiçekdağı qəsəbəsində iki ailə arasında baş verən silahlı qarşıdurma zamanı 1 nəfər ölüb, üçü yaralanıb.

Cüneyt D. (25) ilə Gökhan D. (18), Neşet K-nin (51) Fatih Məhəlləsindəki evinə gedib.



Burada baş verən dava zamanı Neşet K-nin oğlu A.K. (16) tapançadan atəş açıb.

A.K-nin silahından çıxan mərmilər Neşet K, böyük qardaşı Hakan K. (26), Cüneyt D. və Göhkan D.-nı yaralayıb.

Xəstəxanaya çatdırılan yaralılardan Neşet K.-nın həyatını xilas etmək mümkün olmayıb.

A.K, polislər tərəfindən saxlanılıb.
 
///Milli.Az