» » Türk müğənnisi Azər Nəsibovun mahnısına klip çəkdirdi -


Tanınmış türk ifaçı İnanç Karaduman  “Adı sevgi" mahnısına klip çəkdirib. 

starxeber.az bildirir ki, müəllifi Azər Nəsibova olan mahnının ekran işi rejissor Eyüp Dirlikə aiddir. 

Türkiyədə olduğu qədər Azərbaycanda da tanınmaq istəyən İ. Karaduman həmyerlimizin mahnısını ifa etməklə məqsədinə doğru ilk addımı atdığını açıqlayıb. Müğənni Azərbaycan xalqı tərəfindən tanınıb, sevilmək, eləcə də gələcəkdə ölkəmizdə konsertlər vermək niyyətindədir.

Məlumat üçün bildirək ki, Azər Nəsibovun bundan əvvəl daha iki mahnısı türk müğənniləri tərəfindən ifa edilib. Müğənni Damla Koç onun "Sahibi sən", Sezi Çeşitli (Tual qr.) isə azərbaycanlı müğənni Ümmanla "Yalnız kaldık" adlı mahnısını duet ifa ediblər.

Qarşıda daha bir türk müğənnisi - Banu Karaca Azər Nəsibovun iki mahnısını ifa edəcək.

Eyüp Dirlikin rejissorluq etdiyi klipdə müğənni Banu Karaca çəkilib. 

Sözügedən klipi təqdim edirik.