» » Azərbaycanın şimal bölgəsinə qar yağıb


Ötən gecədən başlayaraq Azərbaycanın şimal bölgəsinə qar yağır.

starxeber.az xəbər verir ki, Qubanın bir neçə dağ kəndi, Şamaxı və Qəbələyə də qar yağıb.

Yağan qar meyvə ağaclarına zərər vurub.
Məlumata görə, hazırda sözügedən bölgələrdə qar yağıntısı davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün, aprelin 20-də rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.