» » Murad Dadaşov “Survivor” və “Master Chef”i Azərbaycana gətirəcək


Xalq artisti Murad Dadaşov “Maşın”, “Davam ya tamam”, “Özünü tanıt”, “Mərc şou” kimi realiti şoulardan sonra yenilik etməyə hazırlaşır.

Sənətçi sahibi olduğu “M Group Production” şirkəti vasitəsilə məşhur “Survivor” və “Master Chef” yarışmalarının da lisenziyasını alıb.

O, bunun üçün “Endemol Shine” şirkətinə müraciət edib.
Bir müddətdir layihələri əlində saxlayan M.Dadaşovun proqramları nə vaxt yayımlayacağı isə bəlli deyil.

Qeyd edək ki, lisenziyanı almaq sənətçiyə böyük məbləğdə pula başa gəlib.

///axsam.az