» » Məşhur model xaricdə gizlicə ərə getdi -


Dünya şöhrətli türk model Tülin Şahin bir müddətdir eşq yaşadığı portuqaliyalı bankir sevgilisi Pedro de Noronha xaricdə gizlicə ailə həyatı qurub.

starxeber.az türk mətbuatına istinadən xəbər verir ki, toy Lissabonda sadə şəkildə keçirilib. Məclisdə cütlüyün ailələri iştirak edib.

Cütlük işlərinin çox olması səbəbiylə bal ayına gedə bilməyib.

Tülin və əri Türkiyədə də dostlarını ətrafına yığaraq məclis təşkil edəcək.

Qeyd edək ki, T.Şahin 2005-ci ildə Memet Özer ilə ailə həyatı qurmuşdu. Lakin onlar 12 illik evliliklərini ötən il qarşılıqlı razılaşma yolu ilə bitirmişdi.