» » Avqustda Azərbaycanın qonşusunda qış görüntüsü


Kastamonu ağ örpəyə bürünüb

Yayın ən qızmar günlərində Türkiyə ağ örtüyə bürünüb. starxeber.az-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Kastamonuya yağan dolu şəhəri ağ örpəyə bürünməsinə səbəb olub.

Dolunun hündürlüyü bəzi yerlərdə 5 sm-ə kimi yüksəlib. Axşam saatlarında  başlayan ani dolu yağışı bir müddət davam edib. Dolunun ölçüsü böyük olmasa da, çox yağıb və kəndləri bəyaza bürüyüb. Bunun üçün də ətrafda qar yağmış kimi görüntü meydana gəlib. 

Dolu kənd təsərrüfatına  ziyan vurub. Xüsusi ilə qarğıdalı tarlalarında qalan məhsullara.