» » Yunanıstanda helikopter dənizə düşdü -


Yunanıstanda Poros adası yaxınlığında şəxsi helikopter qəzaya uğrayıb.

starxeber.az trend-ə istinadən bildirir ki, hadisə zamanı helikopterin pilotu və 2 sərnişin - qadın və uşaq ölüb.
Sərnişinlərin Rusiya vətəndaşı olduğu deyilir.

Şahidlərin sözlərinə görə, helikopter havada çevrilib, daha sonra partlayış olub və hava gəmisi dənizə düşüb.

Hazırda qəza yerində axtarışlar aparılır. Poros adası hadisədən sonra işıqsız qalıb.