» » Filippin sevgilisi Aygündür? -


"Jara" Beynəlxalq musiqi festivalında Filipp Kirkorov ilə bir səhnəni bölüşən Xalq artisti Aygün Kazımova bir müddətdir ki, Rusiya mediasının gündəmindədir.

starxeber.az xəbər verir ki,  “Jara” Festivalının tarixində ilk dəfə çıxış zamanı səsləndirilən mahnı tamaşaçıların istəyi ilə 2-ci dəfə təkrar ifa olunmuşdu.

Bu hadisədən sonra, rus mediasının diqqəti Aygün Kazımovaya yönəlib. Son zamanlar Kirkorovun Kazımovaya olan diqqəti də nəzərdən qaçmır. O, Xalq artistini "İnstagram" hesabında da izləməyə başlayıb və onun demək olar ki, bütün postlarına rəy yazaraq öz fikirlərini bildirir.

Bundan sonra isə cütlüyə yönələn diqqət daha da artıb. Rusiya mediası Aygün Kazımova və Filipp Kirkorovun bu səmimi münasibətlərini araşdırmağa başlayıblar. Cütlüyün sevgili olduğunu belə düşünənlər var.