» » Türk müğənnisi həmyerlisi ilə işbirliyinə başladı


Türkiyəli müğənni Sevda Giray  məşhur şairə Aişə Birgül Yılmazın daha bir neçə şeirlərinə mahnı ifa edəcəyini açıqlayıb.

Bu barədə müğənni  starxeber.az-a açıqlamasında məlumat verib.

O bildirib ki, hazırda bir şeir seçilib və onun üzərində iş gedir.


Aişənin şeirini arabesk musiqisi ilə sintez edən S.Giray deyib ki, bu, sonuncu deyil. 

“Mən nəinki bir, Aişənin daha bir neçə şeirini ifa edəcəm. Mahnı seçimləri aparıram. Şeirlərdə ərəb musiqilərindən istifadə edib, onları yaxın müddətdə lentə alacağam”.


Qeyd edək ki, müğənni  Sevda Girayın məşhur  Aişə Birgül Yılmazın sözlərinə oxuduğu “Kim anlayacak” adlı mahnısı cəmiyyətdə gözəl birmənalı qarşılayıb.