» » Hava nə vaxt yaxşılaşacaq?


Bu gün ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi proqnozlaşdırılıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən starxeber.az-a bildirilib.



Verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağış gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında 8-12, Bakıda 9-11 dərəcə isti təşkil edəcək.

Ölkənin bir çox bölgəsinə qar yağıb. Departamentindən bildirilib ki, ayın son ongünüyünə qədər. Təxminən ayın 24-də hava stabilləşəcək.