» » Səhiyyə Nazirliyi: Lənkərandakı qəzada yaralananların 5-i xəstəxanadadır


Lənkəranda PAZ markalı avtobusun yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə yaşayış evinin həyətinə aşması nəticəsində xəsarət alanların 5-i hazırda müalicəsini xəstəxanada davam etdirir.

Bu barədə starxeber.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.



Məlumatda bildirilir ki, xəstəxanada müalicəsini davam etdirən 5 nəfərin biri reanimasiya şöbəsində yerləşdirilib. Digər 4 nəfər isə travmatologiya şöbəsində palataya yerləşdiriliblər.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin daha əvvəl verdiyi məlumata görə, hadisə nəticəsində 23 nəfər müxtəlif xəsarətlərlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib.