» » Hülya Öksüz onun səsinə heyran olub


Hande Yenerin rejissoru kimi tanınan, Yıldız Tilbeyə da klip çəkmiş rejissor Hülya Öksüz təsadüfən Cəmil "STAR"ın “Yaxşı ki, varımsan” adlı mahnısını dinləyib. 

starxeber.az xəbər verir ki, nəğməni o qədər bəyənib ki, bu mahnıya İstanbulda klip çəkməyə qərar verib. Klipin və bu mahnının arabesk janrlara həsr olunmuş mahnılar içində özəl yer tutacağına Hülya Öksüz əmin olub. 

Rejissor öz səhifəsində artıq Azərbaycanın gənc müğənnisi ilə işbirliyindən söz açıb.

Cəmil  gözlənilmədən aldığı bu təklifə heyrətlənib.