» » Çingiz Abdullayev “Şərəf” ordeni ilə təltif edildi


Prezident İlham Əliyev Çingiz Abdullayevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

STARXƏBƏR.AZ AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:



"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə Çingiz Akif oğlu Abdullayev "Şərəf" ordeni ilə təltif edilsin".