» » Arifə bir işarə bəs etmirsə...


Samir FEYRUZ

Keçmiş səfir Arif Məmmədovun sosial şəbəkələrdəki müraciətini yəqin ki, oxumusunuz. Adam onsuz da yel dəyirmanı ilə döyüşür, kombaynların üstünə hücum edib baltalayır ki, düşməndir, guya kombaynlar xalqa ziyan vurur. Don Kixotluq başqa nə cür olur ki!? A.Məmmədov müraciətində deyir ki, hər kəs Əli Kərimlinin tərəfinə keçsin. Yazdığı postun altından da hədələyici şərhlər yazdırır ki, kim keçməsə, sonu pis olacaq. Pa, qorxduq ayə, buraxın, üstümüzə İrasim gəler...


 
Yadımdadır,2003-cü ildə İsa Qəmbər prezident seçkiləri ərəfəsində müxalifət qəzetlərində təxminən bu başlıqlarla guya xalqa psixoloji təzyiq edirdi: "İsa Qəmbərin prezident seçilməsi ilə bağlı ABŞ və Rusiya qərar verdi”, "Kim İsa Qəmbərin tərəfinə keçməsə...”, "İsa Qəmbər prezident kimi ilk olaraq hansı addımı atacaq?” və s.Yəqin ki, bu primitiv, köhnəlmiş siyasi taktikanı Ə.Kərimlinin yanında olan "əl cücələri” dərk etmirlər, amma biz hansı sözün nəyə hesablandığını gözəl bilirik.

A.Məmmədov da özündən əvvəlki "siyasi bomjlar” kimi müraciətin sonunda dolayısı ilə insanları, dövlət orqanlarında çalışan şəxsləri hədələyir: "Seçim sizindir, cənablar!”. Yoxsa nə? Onsuz da heç vaxt seçim bəndlərində özünə yer ala bilməyən Əli Kərimlinin tərəfinə keçməsələr, nə olacaq ki!? Üfürüb göz qorxutmaqla olmur belə şeylər, özünüzü hakimiyyətə gələcəyinizə o qədər inandırmısınız ki, artıq yalanlarınıza inanmağa başlamısınız.
 
Baxın ha, A.Məmmədov kimlərin ümidinə qalıb: Fatimə Mövlamlı ona dəstək nümayiş etdirir. Bu xalqı, dövləti, ölkəni ləyaqətli insanların əlindən alıb küçə fahişələrinə vermək istəyi təkcə mənəvi pozğunluq və ruhi şikəstlik deyil, həm də ağır cinayətdir. Q.Q.Markesin gəmi kapitanları ilə yatmaqdan həzz alan fahişələri kimi siyasi "lider”lərlə lap elə yatmağı özünə şərəf bilən alçalmış, üfunət qoxuyan, "klub fahişələri”nimi bizə vəd edirsiniz? Yoxsa nə? Vəssalam?Bu dövlətin sütunları sizlərin zorlanmış mənəviyyatınız kimi deşik-deşik deyil axı! Xalqı 1992-1993-cü illərin abu-havasına səsləyən A.Məmmədov əslində gözəl başa düşür ki, xalq Prezidentinin yanındadır, bu vaxta kimi apardıqları siyasi "mübarizə” də heç bir effekt vermir. İndi nə etməli idi ki bu adam? Xalqı hədələmə, insanları çaşdırma, cəmiyyətə psixoloji travmalar ötürmə cəhdlərinə start verilib və A.Məmmədov da, Ə.Kərimli də bu prosesdə vintillərdir. Amma.., çifayda!

Hə, onu da deyim, bu Arif o arifdən deyil, ölkəmizdə nümunə götürüləsi, dərs alınası çox işarələr var, adam qansın gərək... Biri həbsdən çıxdığına görə Amerikaya təşəkkür edir, biri Amerikada oturub timsah əti yeyir, o biri Avropada sifarişlə, pul alıb müxtəlif dövlət adamlarını hədəf alır, digəri söyüş söyür. Nəticədə hamısı özünü "xalq adamı” hesab eləyir, xalq müraciətlər edirlər.
 
Amma görünən bir dağ var və ona da bələdçi lazım deyil. Və həm də Ə.Kərimli bundan sonra qalan ömrünü də "Həm ziyarət, həm ticarət” filmindəki Mustafa müəllim kimi güzgü qabağında keçirəcək. Məşq edəcək.., edəcək.., edəcək, amma faydası olmayacaq. A.Məmmədov kimilərin dili ilə xalqı təhdid etmək, səni daha dərin kökün altına salacaq.