» » Günay Nyu-Yorkda "Xarı bülbül gülü" dəfiləsində –


Azərbaycanlı dizayner Rüfət İsmayıl Nyu-York Moda Həftəsi çərçivəsində  “Xarı bülbül çiçəyi” adlı yeni kolleksiyasını təqdim edib. 

starxeber.az   xəbər verir ki, qeyd olunan moda həftəsi ərzində dünya şöhrətli dizaynerlərin kolleksiyaları “Spring Studio” və Nyu-Yorkun digər moda məkanlarında nümayiş etdirilir.  Podiumun əsas modeli isə Günay Musayeva olub. 

Xatırladaq ki, bu, Rüfət İsmayılın Nyu Yorkdakı 3-cü moda nümayişidir. Onun kolleksiyaları moda dünyasının İtaliya, Dubay, İran, Beyrut moda həftələri kimi sanballı podiumlarında nümayiş etdirilib.

Azərbaycanlı dizaynerin kolleksiyası dünya moda sənayesinin ən mötəbər məkanında - “Pitti Uomo” sərgisində də təqdim olunub. “Fashion TV” kanalı onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri adlandırıb.