закрыть
Test

Test2

“Prezident Nəsiminin məzarı ilə bağlı tapşırıq verib” -  Əbülfəs Qarayev

Mədəniyyət 13-sen, 07:23 22
“Nəsiminin məzarının bərpası ilə bağlı dövlət tərəfindən danışıqlar aparılır”.

STARXEBER.AZ Modern.az-a istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, Prezident məzarın bərpası, bu istiqamətdə danışıqlar aparılması ilə bağlı tapşırıq verib:

“Bu gün Suriyadakı vəziyyət buna böyük əngəldir. Hesab edirəm ki, “Nəsimi ili”, “Nəsimi festivalı” bu məsələnin daha çevik həll olunmasına dəstək olacaq. Vəziyyət imkan verən kimi Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, digər qurumlar məzarın bərpası ilə bağlı işlər görəcəyik”.
Oxşar xəbərlər

SON XƏBƏRLƏR