» » Məşhur stilist niyə müflis olub? səbəbini özü açıqladı


Yaxın günlərdə estetik cərrah Sirus Qoçqanın "El Stil" ləqəbli tanınmış stilist Elnur Həsənovun  bədən şəkilləndirmə əməliyyat etdiyi  haqda xəbər vermişdik.   
 
STARXEBEE.AZ-a  açıqlama verən  Elnur bildirib ki, özəl klinikaların birində bədən şəkilləndirmə əməliyyatı etdirib:

“Əslində, bu əməliyyat xəbərinin mediaya çıxmasını istəməzdim. Amma nə edək ki, göz qabağında olan insanıq, etdiyimiz hər bir iş, atdığımız hər bir addımdan hər kəsin xəbəri olur. Bəli, bu əməliyyatı çoxdan etdirmək istəyirdim. Amma qorxduğuma görə risk etmirdim. Həvəsdir-bəsdir deyib, əməliyyata girdim. Əməliyyat Bakıda baş tutdu. Tanınmış estetik cərrah Sirus Qoçqanı tərəfindən həyata keçirilib.
 
İndi bir çoxları soruşacaq ki, əməliyyata nə qədər pul xərcləmisiniz? Mən də deyərdim ki, bütün var-dövlətimi bu əməliyyatda batırdım. Müflis oldum. Bütün bunlar boşdu. Artıq çəkidən xilas olmaqdan niyyətindəyəm. Əməliyyat olunduğum üçün hələ bir müddət heç yerə  çıxmayacam.

Arıqlayacam, heç kim məni tanımayacaq. Bütün bu dəyişikliklər yaxın zamanlarda həyata keçiriləcək yeni layihə üçündür. Bir çox insanlar Elnuru  stilistdən savayı, başqa bir ampulada görəcəklər. Tam fərqli olacam. Yeni görkəmim səs-küyə səbəb olacaq. Hətta bəziləri şoka düşəcək. İnşallah, yeni görkəmdə sevənlərimin qarşısında olacam”.