» » Şagirdin nənəsi hər kəsin gözü önündə müəllimi şillələdi -


Türkiyənin Denizli rayonunun Tavas qəsəbəsində qadın müəllim 38 yaşlı Ümmühan Erdoğan məktəbdə qeydiyyatda olmadığı üçün çağırdığı bir şagirdin nənəsi 70 yaşlı Mevlüde T.-nin  hücumuna məruz qalıb.

starxeber.az Milli.Az-a istinadən xəbər verir ki, üzündən yumruq zərbəsi alan və xəstəxanadan 1 günlük işdən "icazəli" hesabatı alan Erdoğan, başına gələnlərə görə psixologiyasının pozulduğunu iddia edərək polisə müraciət edib.



Məlumata görə, məktəbdə qeydiyyatda olmadığını görən qadın müəllim Erdoğan, şagirdinin valideyininə zəng edərək uşağı qeydiyyata salmaqlarını, ya da məktəbdən çıxartmalarını istəyib. Məktəbə gələn şagirdin babası Rıza T. və nənəsi Mevlüde T. ilə Erdoğan arasında mübahisə düşüb. İddiaya görə, nənə Mevlüde T., müəllim Erdoğana şagirdlərin gözü önündə yumruq atıb və itələyərək yıxıb. Hadisənin qarşısını araya girən başqa şagirdlər alıblar.