» » “Xəzər” TV-nin əməkdaşlarına hücum ediblər -


“Xəzər” TV-nin əməkdaşlarına hücum olub.

Hadisə Kürdəmir rayonunda çəkliş aparan zaman baş verib.

“Xəzər Xəbər”in bölgə müxbiri Rəşid Rəşidov Bakı-Qazax magistral yolunun kənarında olan restoranların birinin çirkli mətbəxini lentə alıb.

Ət məhsullarının antisanitar şəraitdə saxlanılmasını çəkən zaman jurnalistlər hücuma məruz qalıb.

Eyni zamanda nalayiq sözlər işlədərək kamera və mikrofonu da sındırmaq istəyiblər. Bundan əlavə kameranı operatorun əlindən alaraq qaytarmaq istəməyiblər.

Polisin müdaxiləsindən sonra kamera və mikrofon onlardan geri alınıb.



Axsam.az