» » Yol polisini təhqir edən sürücü tutuldu -


Bakıda yol polisini təhqir edən sürücü saxlanılıb. 

starxeber.az xəbər verir ki, o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutularaq barəsində tədbir görülməsi üçün aidiyyəti orqanlara təhvil verilib. 



Xatırladaq ki, ötən gün cərimənin yazılması ilə barışmayan taksi sürücüsü yol polisi əməkdaşını təhqir edib.