» » Türkiyəyə müalicəyə gedən Naibə:


"Sağlam olarsansa, dünyada hər şeyə nail olmaq olar. Bir müddətdir ki, səhhətimlə bağlı Türkiyədəyəm".

Bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "Elgizlə izlə" verilişinə zəng edərkən deyib.

Səhhətində problem yaranan və bunla əlaqədar İstanbula yollanan aktrisa darıxdığını söyləyib:

"İnşallah hər şey yaxşı olar. Tez bir zaman burada olmağıma baxmayaraq, vətənim üçün darıxıram. Burnumun ucu göynəyir, Bakıya qayıtmaq istəyirəm. Tezliklə görüşəcəyik".