» » “Qarabağ” Avropa Liqasının beşqat qalibi ilə qarşılaşacaq


Futbol üzrə Azərbaycan çempionu "Qarabağ” bu gün növbəti avrokubok matçını keçirəcək.

starxeber.az xəbər verir ki, Ağdam klubu Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq.


A qrupunun I turu çərçivəsində "Qarabağ" klubu İspaniyanın "Sevilya” komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, indiyədək qrup mərhələsinə iki dəfə evdə başlayan Ağdam klubu beş il öncə "Sent-Etyenn”, üç il əvvəl "Slovan”la heç-heçə edib.

Avropa Liqası
Qrup mərhələsi

I tur
19 sentyabr
A qrupu
Baş hakim: Yevgeni Aranovski
Baş hakimin köməkçiləri: Semyon Şlonçak, İqor Alyoxin
Dördüncü hakim: Yaroslav Kozik (hamısı Ukrayna)
Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina)
UEFA nümayəndəsi: Boris Stankov (Bolqarıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
20:55. "Qarabağ” (Azərbaycan) – "Sevilya” (İspaniya).