» » Qorxu filmində aktyorun atasının vəziyyəti pisləşdi


Xəbər verdiyimiz kimi 19.09.2019 tarixində Nizami Kino Mərkəzində psixotriller janrında çəkilmiş ADAM filminin Qala gecəsi baş tutdu.

starxeber.az xəbər verir ki, Qala gecəsi rəngarəngliyi və sürprizləriylə tamaşaçılarda unudulmaz izlər qoyub.

Belə ki, Filmdə "Elxan" obrazını aktyor ssenarist Elvin Ağayev canlandırıb. Və filmin  ən ağır səhnələrindən birində "Elxan"ın barmağının kəsilmə səhnəsində Elxan obrazını canlandıran Elvin Ağayevin atası İltifat Ağayevin kinoteatrda vəziyyəti pisləşib. Yaxınlarının və kinoteatr əməkdaşlarının ilk yardımı nəticəsində aktyorun atası özünə gəlib. Nəzərinizə çatdıraq ki, təqdimat günü ADAM filmini izləyən bir çox izləyici AZƏRBAYCANDA hələ belə qorxulu film olmadığını qeyd ediblər. Filmin təqdimat gecəsindən görüntüləri sizə təqdim edirik