» » Şərif Şərifov da çempion ola bilmədi


Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatının sonuncu qarşılaşması baş tutub.

starxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, 97 kiloqram çəki dərəcsində mübarizə aparan olimpiya, dünya və Avropa çempionumuz Şərif Şərifov rusiyalı üçqat dünya çempionu Abdulrəşid Sadullayevlə yarışıb.



İlk hissəni 0:3 hesabla uduzan Şərif, ikinci hissədən də 0:4 hesabla məğlub ayrılıb. O, gümüş medalla kifayətlənməli olub.

Xatırladaq ki, bundan əvvəl Cəbrayıl Həsənov da 79 kiloqram çəkidə gümüş medal qazanmışdı.