» » Sərnişin avtobusu “Toyota”ya çırpılıb -


Hacıqabulda sərnişin avtobusu qəza törədib.

Hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qazaxdan Bakıya gedən sərnişin avtobusu qarşısında hərəkətdə olan "Toyota” markalı minik avtomobilinə çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan sərnişin ağır xəsarət alıb.  

Faktla bağlı araşdırma aparılır.


Apa.az