» » Ayşe Hatun Önal hamam xalatında FOTOSESSİYA çəkdirdi, Rita Orana bənzədildi


Türkiyəli müğənni və model Ayşe Hatun Önal Nyu Yorkda növbəti dəfə səs-küyə səbəb olacaq fotosessiya etdirib.

starxeber.az xəbər verir ki, o, dostu, türk fotoqraf Selim Akarın obyektivinə hamam xalatında  pozlar verib. 

Çəkilişi Nyu-Yorkun tanınmış “Marmara Oteli”nin 19-cu mərtəbəsində baş tutub. Bir çoxları onu müğənni Rita Orana bənzədib.

Qeyd edək ki, müğənninin  yeni ritmik mahnısı  yaxın günlərdə təqdim edəcəyi gözlənilir.