» » Məryəm Üzərlinin halı pisləşdi, təyyarədən endirildi


Türkiyəli aktrisa Meryem Üzərlinin halı pisləşdiyi üçün təyyarədən endirilib.

Aktrisa Adana film festivalına getmək üçün, Berlindən təyyarəyə minib. Lakin anidən halı pisləşən akrisa ekipaj üzvlərinin köməkliyi ilə təyyarədən endirilib. 

Məlum olub ki, son zamanlar fasiləsiz çalışan aktrisanın halı yorğunluqdan pisləşib. 

Bu səbəbdən Məryam Üzərli baş rolunda çəkildiyi filmin qala gecəsində iştirak edə bilməyib.

 
ölkə.az