» » Vilayət Eyvazov iki rəis müavinini işdən çıxardı


Samux Rayon Polis Şöbəsinin rəis müavinləri işdən çıxarılıb.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 



Əmrə əsasən, RPŞ-nin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Kazım Bayramov və əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Malik Məmmədov tutduqları vəzifədən azad ediliblər. Hər iki rəis müavini sərəncama götürülüb.

Onların yerinə hələlik təyinat yoxdur.
 
///Oxu.Az