Turun açılış oyununda "Başakşəhər” "Rizəspor”u qəbul edib. Meydan sahibləri bu görüşdə 5 cavabsız qolla qalib gəliblər.
Turun mərkəzi görüşündə "Fənərbaxça” səfərdə "Qalatasaray”la münasibətlərinə aydınlıq gətirib. "Türk Telekom Arena”da keçirilən qarşılaşmada qapılara qol vurulmayıb.
"Alanyaspor” – "Sivasspor” matçı da heç-heçə yekunlaşıb. "Kasımpaşa” isə səfərdə "Dənizlispor”u minimal hesabla üstələyib.Son turlarda uğursuz çıxış edən "Beşiktaş” isə bu turda "Trabzonspor”la üz-üzə gələcək. Türkiyə Super Liqası, 6-cı tur 28 sentyabr