» » Belçikalı futbolçu "Mançester" derbisini buraxacaq


İngiltərə Premyer Liqasının XXIV turunda "Tottenhem" ilə matçda zədələnən "Mançester Siti"nin futbolçusu Kevin de Bruynenin "Mançester" derbisini buraxacağı dəqiqləşib.

27 yaşlı yarımmüdafiəçi zədə səbəbilə sabah "Mançester Yunayted" ilə keçiriləcək matçda iştirak edə bilməyəcək.

Onun sağalma prosesinin 2-3 həftə çəkəcəyi gözlənilir.

Qeyd edək ki, Kevin de Bruyne cari mövsümdə 22 matçda iştirak edib. O, 6 qol vurub və 11 məhsuldar ötürmə verib.

//Open.az