» » Zamiqdən yeni


Müğənni Zamiq Hüseynov növbəti fotosessiyasını təqdim edib.

starxeber.az xəbər verir ki, pop ifaçısı bu dəfə “Var ol” adlı layihəsi üçün kamera qarşısına keçib.  

Zamiq obrazı üzərində özü çalışıb. Onun şəkillərinin müəllifi isə fotoqraf Niko Abbasovdur.  Sözləri İsmayıl Əsədov, musiqisi Zamiq Hüseynova məxsus mahnıya çəkilən klipin premyerası isə bir neçə gün sonra baş tutacaq. 

Zamiqin rejissorluq etdiyi layihə real həyatdan götürülüb. Belə ki, sənətçi dostunun sevgi həyatını ekranlaşdırıb.