» » ADU-nun 11 gündür itkin düşən tələbəsi tapıldı


11 gündür itkin düşən Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi Əsədulla Cəfərov tapılıb.

starxeber.az xəbər verir ki, bu barədə Oxu.Az-a tələbənin atası Əfqan Cəfərov məlumat verib.


Onun sözlərinə görə, polislər oğlunun yerini müəyyənləşdirib:

"Hər şey yaxşıdır. Oğlum sağ-salamatdır. Polislər artıq yerini müəyyənləşdirib. Sabah polislər həmin yerə gedib oğlumu götürəcək”.

Qeyd edək ki, Əsədulla Cəfərovun evi tərk etməsinə bu il təhsil haqqını ödəyə bilməməsi və kəsirinin olması səbəb olub.