» » Teymur Rəcəbov Dünya Kubokunun finalında hesabı bərabərləşdirdi


Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun finalında üçüncü görüşünü keçirib.
 
APA-nın məlumatına görə, 32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən yarışın həlledici matçında çinli Dinq Lirenlə üz-üzə gəlib.




İlk qarşılaşmada heç-heçə oynadıqdan sonra dünən asiyalıya uduzan həmyerlimiz bu dəfə qalib gəlib – 1:0. Nəticədə finalın hesabı bərabərləşib – 1,5:1,5.

T. Rəcəbovla D. Liren klassik şahmatda daha 1 dəfə üz-üzə gələcəklər.