» » Nazim Kərimdən 12 ilin intiqamını aldı


“Maşın” şounu ötən gün müğənni Kərim Abbasov tərk edib.

Aşıq Namiq Fərhadoğlu Kərimi oyundan çıxarsa da, əslində Faytonçu ləqəbli Nazim Pişiyarinin intiqamını alıb.

Belə ki, aşıq Kərimi Nazimin istəyi ilə uzaqlaşdırdığını etiraf edib.

Bunu isə Kərim proqram zamanı etiraf edin. O, “Bilmirdim Nazim bu qədər çürükcüdür. 12 ilin söhbətin edir. El məclisində problemimiz olmuşdu. Tədbirdə mənə mikrofon verməyib, üstəlik “mənim zubnaya şotkam” deyib. Səndən bunun intiqamını alacam” sözlərini söyləyib.

Nazim isə Kərimdən intiqam aldığını danmayıb:

“Şəxsən mən demişəm ki, Kərimi çıxar. 12 il deyil. Bu yaxınlarda da Kərim bir şey etdi. Mən elə pərt oldum ki... İndi intiqam alıram”.

//axsam.az