» » Fuad Musayevdən Ayanla bağlı açıqlama


"Maşın" şounun 18-ci buraxılışı da qalmaqallı hadisələrlə tamaşaçıları təəccübləndirməyə davam edir.

 Ötən gün oyunu müğənni Fuad Musayev tərk edib.

Ən çox şəkli atılan və səsverməyə çıxan ifaçı səs topladığı təqdirdə müğənni Ayan babakişiyevanı uzaqlaşdıracağını bildirib. Sonda isə F.Musayev yalnız 16,92 faiz səs toplaya bilib və uduzub.

Daha sonra "Maşın" şounun əməkdaşlarına açıqlama verən sənətçi "Gözləmirdim, amma bu, oyundur. Bura qoşulmuşam. Təcrübəli qalib gəldi, təəssüflənməli bir şey yoxdur. Əgər orada 9 nəfərə demişdimsə atın şəklimi yəqin ümidim var idi. Oyun bundan sonra davam edəcək, etsin. Məncə qalib Aqşin olacaq. Hədəfim Ayan Babaakişiyeva idi, təəccüblənmək lazım deyil. Onunla heç bir problemim olmayıb. Özünə görə insandır. Təcrübəli qaldı, təcrübəsiz getdi. Çünki mən birinci dəfə idi oyuna qatılırdım".

Qeyd edək ki, F.Musayev Ayanın keçmiş həyat yoldaşı Fizuli Musayevin qohumu və dostudur. Sosial şəbəkədə hər kəs Fuadın onun tapşırığı ilə Ayanı oyundan uzaqlaşdırmağa çalışdığını yazıb.

///axşam.az