» » “Bəs, öz həyatımı nə vaxt yaşayacam?”


Əməkdar artist Kəmalə Müzəffər etirafı ilə izləyicilərini təəccübləndirib.

starxeber.az xəbər verir ki, o, paylaşım edərək, həyatından narazılığını dilə gətirib:

“Onlarla insan taleyi, qadın həyatı: xəyanətə tuş gələn, övladı ölən, həbsə düşən, rəini öldürən, özü xəyanət edən, qisas hissi ilə yaşayan və sairə.

Hərdən özümə sual verirəm: Bəs, öz həyatımı nə vaxt yaşayacam? Cavab: Heç vaxt yaşamayacam.
P.S: Əslində, həyatım insanların həyatını, ağrı-acısını, faciəsini yaşamaqdır”.

Qeyd edək ki, aktrisa çəkildiyi ekran işlərində əsasən, güclü qadın obrazlarını yaradır.