» » Bilal "Maşın"dan sonra hava limanına niyə getdi?


"Maşın" şounun ötən gün yayımlanan buraxılışı səs-küysüz ötüşməyib.

Oyunun əvvəlində Xalq artisti Bilal Əliyev atasının istəyi ilə maşından əlini çəkib və gedib.

B.Əliyevin daha sonra hava limanında görüntüsü yayılıb. Bir çoxları onun efir zamanı yalan danışdığını, atasının istəyi ilə kəndə getdiyini yalan söylədiyini bildirib. B.Əliyevin xaricə yollandığı iddia olunub.

Onu da bildirək ki, "Maşın" şou iştirakçıları hava limanında yerləşən oteldə qalır. İfaçı oyunu tərk etdikdən sonra otelə yollanaraq, əşyalarını götürüb.



Axsam.az