» » Fatma Mahmudova yenə "Maşın" şouda qaldı


"Maşın” realiti-şousunda beşinci səsvermə baş tutub.

İştirakçılar tərəfindən ən çox fotosu atılan Xalq artisti Fatma Mahmudova olub.

Aktrisa ötən dəfə olduğu kimi yenə də heç kimi oyundan çıxarmağın ürəyincə olmadığını deyib. Ancaq bu günədək kişilərin yarışmanı tərk etdiyini əsas gətirərək qalib gələcəyi təqdirdə qadın iştirakçılardan birini çıxara biləcəyini vurğulayıb.

Sonda F.Mahmudova 72,09 faiz səs toplayaraq oyunda qalıb. Onun qərarsızlığını görən müğənni Ayan Babakişiyeva əlini avtomobildən çəkərək, gedib. İfaçının bu addımına aktrisa pis olub.

Sonda aktrisa heç kimi şoudan kənarlaşdırmayıb.

Qeyd edək ki, şouda oyunu Xalq artistləri Fatma Mahmudova, müğənnilər Türkan Vəlizadə,  Aysun İsmayılova, Ramal İsrafilov, Niyam Salami,  aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aşıq Namiq Fərhadoğlu, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov  davam etdirir.

///axşam.az