» » “Üçüncü dovşan da getdi”


Müğənni Kərim Abasov ötən gün “Maşın” şoudan kənarlaşdırılan aşıq Namiq Fərhadoğlu barədə paylaşım edib.

starxeber.az  xəbər verir ki, ifaçı meyxanaçı Aqşin Fateh və həmkarı Nazim Pişiyaridən sonra Namiqi də dovşan adlandırıb:

“Namiq, get hoppan. Sizi bax belə dənləyərlər. İki dovşan getmişdi. Sən də üçüncü oldun. Mənim “Maşın” şou serialım bitdi. Oyunçu aparsın”.

Qeyd edək ki, yarışmanın ilk günü Kərimi şoudan aşıq Namiq Nazim Pişiyarinin sifarişi ilə uzaqlaşdırmışdı.