» » Bilal Əliyev başına gələnləri danışdı:


“Maşın” şoudan əlimi götürüb getmişdim. Qaldığımız otel hava limanının içində yerləşir. Mən də avtomobilimi oteldə saxlamışdım. Oyuna gedəndə bir çamadan paltar götürmüşdüm”.

Bu sözləri Teleqraf.com-a xalq artisti Bilal Əliyev deyib.
Hava limanında görüntüləri yayılan xalq artisti yalan danışması haqqında yayılan iddialara cavab verib. O, xarici ölkəyə deyil, kəndə getdiyini deyib:

“Hava limanında avtomobilimə tərəf gedəndə bir maşın saxladı, telefonla məni videoya çəkdilər. Təqribən “Maşın” realiti soudan bir saat keçmişdi. Mənə dedilər ki, atanızla görüşə gedirsiniz? Dedim, bəli, atamla görüşə gedirəm”.

Xalq artisti onu da bildirib ki, hazırda atasının yanındadır: “Atamın hamıya salamı var. 87 yaşındadır. Ona görə əlimi maşından götürdüm, oyundan çıxdım. Allah onu bizim başımızdan əskik etməsin.

Atam qardaşımdan soruşub ki, oyunda bütün günü ayaqüstə qalırlar? O da deyib ki, hə. Halbuki maşının ətrafında 4-5 saat dayanırıq. Oyunda son üç günü gecə-gündüz maşının ətrafında qalırsan.

Orada hər cür şəraitimiz var. Rəngim atamın xoşuna gəlmədiyinə görə, əlimi maşından götürməyi xahiş edib”.
Qeyd edək ki, sosial şəbəkədə görüntüləri yayılan Bilal Əliyevin yalan danışdığı iddia edilmişdi. 

O, “Maşın” souda atasının xahişi ilə oyundan çıxıb kəndə getdiyini açıqlamışdı.